“Polşanın Ukraynaya qeyd-şərtsiz dəstəyi indi təhdid altında olacaq. Navrotski öz ölkəsindəki ukraynalı qaçqınları tənqid edib. Qonşu ölkənin Aİ və NATO kimi Avropa və Atlantik strukturlarına inteqrasiyasının əleyhinə çıxış edib”, - materialda vurğulanır.
Məqalənin müəlliflərinin fikrincə, Navrotskinin prezident seçkilərində qələbəsi Ukrayna üçün “pis xəbər” olub.
|
| Navrotski Polşanın prezidenti seçildi - VİDEO |
Volındakı hadisələrlə bağlı Varşava ilə Kiyev arasındakı mübahisəyə toxunan Karol Navrotski, “polyaklar üçün çox vacib olan sivilizasiya məsələləri həllini tapmayana qədər Ukraynanı Avro-Atlantik strukturlarda görmədiyini” bildirib. Bundan əlavə, Polşanın yeni prezidenti Ukraynaya hərbi qulluqçular göndərməyəcəyinə söz verib.
Xatırladaq ki, Dövlət Seçki Komissiyasının (DSK) bütün dairələr üzrə dərc etdiyi məlumatlara əsasən, “Hüquq və Ədalət” partiyasının nümayəndəsi mühafizəkar Karol Navrotski Polşada keçirilən prezident seçkilərinin ikinci turunda seçicilərin 50,89%-nin səsini qazanaraq, 49,11% səs toplayan liberal siyasətçi Tşaskovskiyə qalib gəlib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


