ABŞ Venesuelaya subsidiya verəcək

   ABŞ Venesuelaya subsidiya verəcək
  06 Yanvar 2026    Oxunub:863
"Venesuelanın neft şirkətlərinə ölkənin enerji infrastrukturunun yenidən qurulmasına kömək göstərmək üçün subsidiyalar ayıra bilərik".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində dilə gətirib. O bildirib ki, bu layihənin 1,5 ildən az vaxta həyata keçirilməsi mümkündür:

"Zənnimcə, işləri daha sürətli görə bilərik, amma əlbəttə, xərc də artacaq. Neft şirkətlərinə həmin xərcin əvəzini, yaxud gəlirdən kompensasiyanı ödəyəcəyik".
Tramp: "Kuba çökəcək"

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. Əsasən narkoterrorizmdə təqsirləndirilən Nikolas Maduro dünən məhkəmə qarşısına çıxarılıb. Hazırkı vəziyyətdə Donald Tramp diqqətə çatdırıb ki, Venesuela faktiki surətdə ABŞ-nin idarəsi altındadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Venesuela   neft   subsidiya  



Xəbər lenti