Laçın MDB mədəniyyət paytaxtı missiyasını başa vurur

Laçın MDB mədəniyyət paytaxtı missiyasını başa vurur
  29 Noyabr 2025    Oxunub:1130
Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 29-30 noyabr tarixlərində Laçın şəhərində "MDB-nin Mədəniyyət Paytaxtı – 2025" ilinin rəsmi bağlanış mərasimi keçirilir.
AzVision.az xəbər verir ki, bağlanış tədbirlərində ölkəmizdən, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistandan nümayəndələr iştirak edirlər.

İki gün ərzində Laçın şəhərinə ekskursiya təşkil olunacaq, dəyirmi masa, konsert proqramı və rəsmi bağlanış mərasimi keçiriləcək. Bununla da, Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı missiyasını başa vuracaq.

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə "MDB-nin Mədəniyyət Paytaxtı" elan olunmuşdu.

AzVision.az


Teqlər: Laçın  



Xəbər lenti