Azərbaycan və Ermənistan nazirləri İstanbulda görüşdülər

Azərbaycan və Ermənistan nazirləri İstanbulda görüşdülər
  28 Noyabr 2025    Oxunub:490
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Türkiyənin İstanbul şəhərində Sıfır Tullantı Forumunun açılış mərasimində iştirak edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Konfrans “sıfır tullantı” ideyasını qlobal səviyyədə təbliğ etmək məqsədi ilə kənd təsərrüfatı sektorunu əlaqələndirən 20-ə yaxın naziri, eləcə də digər yüksək vəzifəli məmurlar və siyasətçiləri bir araya toplayıb.

Tədbir çərçivəsində Gevorq Papoyan Türkiyə, İran, Azərbaycan, Moldova və İraqın kənd təsərrüfatı nazirləri ilə danışıqlar aparıb.

AzVision.az



Teqlər:



Xəbər lenti