Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinə edilmiş dəyişikliyə əsasən, qurum Şuşa şəhərində dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək, eləcə də müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək səlahiyyətinə malik olmayacaq. Bu işləri Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi görəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


