Samir Namazov: "Körpələrin sağlamlığı müasir metodlarla yoxlanılır"

   Samir Namazov:    "Körpələrin sağlamlığı müasir metodlarla yoxlanılır"
  28 Noyabr 2025    Oxunub:1285
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində çarpayı dolumluğu səviyyəsi 70-80% civarındadır".
Bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan media-tur əsnasında xəstəxananın direktoru Samir Namazov dilə gətirib. O diqqətə çatdırıb ki, xəstəxanada 40 çarpayıdan ibarət mama-ginekologiya şöbəsi mövcuddur. Bu şöbəyə ətraf rayonlardan da müraciətlər daxil olur:

"Burada doğuş şöbəsi ilə yanaşı bir sıra ginekoloji xidmətlər göstərilir, o cümlədən keysəriyyə əməliyyatları həyata keçirilir. Ay ərzində, adətən, 30-50 keysəriyyə əməliyyatı yalnız göstəriş əsasında yerinə yetirilir. Normal doğuşlarda isə çarpayı dolumluğu səviyyəsi 70-80% civarındadır. Burada analar və körpələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Körpələrin sağlamlığını yoxlamaq məqsədilə müasir tibbi metodlardan istifadə olunur".

Samir Namazovun sözlərinə görə, xəstəxananın ginekoloji şöbəsində hamiləliyini sonlandıran qadınlara da lazımi qayğı göstərilir.

AzVision.az


Teqlər: Şəmkir   xəstəxana   mediatur  



Xəbər lenti