Tibbi müəssisələrə göndərişlərin alınması qaydası açıqlanıb

Tibbi müəssisələrə göndərişlərin alınması qaydası açıqlanıb
  27 Noyabr 2025    Oxunub:985
"Özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndərişin təsdiqi Agentlik tərəfindən həyata keçirilir".
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov Gəncə şəhərində media nümayəndələri üçün təlimdə məlumat verib. O, vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin düzgün tətbiqinin vacibliyini vurğulayıb.

"Göndəriş 24 saat ərzində təsdiqlənir və bu barədə vətəndaşa SMS kod göndərilir. Bundan sonra pasiyent istədiyi özəl tibb müəssisəsini seçə bilər".

Onun sözlərinə görə, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda, tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir.



AzVision.az


Teqlər: xəstəxana   göndəriş   qayda  



Xəbər lenti