TƏBİB xəstəxanalarına müraciətlərin sayı açıqlanıb

TƏBİB xəstəxanalarına müraciətlərin sayı açıqlanıb
  27 Noyabr 2025    Oxunub:921
"Cari ilin yanvar-oktyabr ayları ərzində TƏBİB-in tabeliyindəki xəstəxanalara ümumillikdə 21 milyondan artıq müraciət daxil olub".
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Gəncə şəhərində media nümayəndələri üçün təlimdə məlumat verib. O söyləyib ki, vətəndaşlara müraciətlər əsasında 77 milyondan çox tibbi xidmət göstərilib:

"Bu xidmətlərdən 309 mindən çoxu cərrahi əməliyyat, 32 milyonu isə laborator müayinələrdir. TƏBİB-in Bakı və regionlarda yerləşən bütün tibb müəssisələrində laboratoriya xidmətləri yenidən qurularaq optimallaşdırılıb. Bu da, öz növbəsində, xidmətin göstəricilərinə öz müsbət təsirini göstərib".

AzVision.az


Teqlər: TƏBİB   statistika  



Xəbər lenti