Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb

   Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
  26 Noyabr 2025    Oxunub:808
Niderlandın Azərbaycandakı səfiri Marian De Yonq (Marianne-de Jong) Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşərək ikitərəfli əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə regional proseslər və Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlıq, həmçinin Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti