“Eyni zamanda, Rubionun özü də kifayət qədər məlumatlı görünmürdü: əvvəlcə o, narahatlıq keçirən senatorlara zəng vuraraq planın Rusiya sənədi olduğunu iddia etdi. Bir neçə saat sonra isə sənədin əslində ABŞ tərəfindən hazırlandığını bildiridi”, - qəzet yazır.
|
| Vaşinqton Kiyevə irad bildirib |
Nəşr vurğulayır ki, planın ilkin rusiyayönümlü variantının əsas tərəfdarı onu şəxsən Ukrayna tərəfinə təqdim edən Cey Di Vens olub.
- Vens yenidən ABŞ və Ukrayna arasında münasibətləri pozmağa cəhd göstərib: o, Zelenskiyə zəng edərək planın şərtlərini açıqlayıb və sənəd onun tanışı Den Driskoll vasitəsilə ötürülüb. Vens kimi prezident Donald Trampın da hüsn-rəğbəti Rusiyanın tərəfindədir və o, eyni zamanda, Ukraynaya biganəlik nümayiş etdirir”, - qəzet vurğulayır.
Təsadüfi deyil ki, Cenevrə danışıqları ərəfəsində Donald Tramp razılıq əldə olunmayacağı halda “Ukrayna lideri Volodimir Zelenski var gücü ilə müharibəni davam etdirə bilər” ifadəsini səsləndirməklə yanaı, sosial mediada Kiyevin ABŞ-nin səylərinə görə minnətdarlığını bildirməməsindən şikayətlənib.
Xatırladaq ki, bundan əvvəl Vaşinqton Kiyevi ABŞ-nin "sülh planı" barədə mətbuata neqativ münasibət sızdırmaqda ittiham edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


