Süni İntellekt üçün atom enerjisi

   Süni İntellekt üçün atom enerjisi
  02 Noyabr 2025    Oxunub:2630
“Amazon” şirkəti öz süni intellekt modellərinin yerləşdiyi serverləri enerjilə təmin etmək üçün ayrıca Atom Elektrik Stansiyası tikməyi planlaşdırır.
Vaşinqton ştatında yerləşəcək yeni tipli “Cascade Advanced Energy Facility” atom elekttrik stansiyasında əvvəlcə 4 kiçik “Xe-100” reaktoru quraşdırılacaq. Sonra onların sayı 12-yə çatdırılacaq.

Qısaca SMR (Small Modular Reactors) adlanan kiçik reaktorları ABŞ-nin “Х-energy” şirkəti hazırlayacaq. Bir il əvvəl “Amazon” həmin şirkətə təxminən 500 milyon dollar yarırı qoyub.

İlk mərhələdə reaktorlar 320 meqavatt enerji istehsal edəcəklər. Tərdicən bu göstərici 960 meqavatta qədər qaldırılacaq. Bu qədər enerji 3,8 milyon ailəni təmin etmək üçün bəs edərdi.

Samir Quliyev
AzVision.az


Teqlər: Süni-İntellekt   Atom-enerjisi   Amazon  



Xəbər lenti