Tezliklə Kiyevin ABŞ mərmiləri qurtaracaq - "The Wall Street Journal”

 Tezliklə Kiyevin ABŞ mərmiləri qurtaracaq    - "The Wall Street Journal”
  29 Aprel 2025    Oxunub:498
Ukrayna Silahlı Qüvvələrində olan Amerikanın döyüş sursatları yaxın bir neçə ay ərzində tükənəcək. Avropa isə Kiyevi mərmilərlə tam şəkildə təmin edə bilmir. Belə bir situasiya Ukraynanın cəbhə xəttindəki mövqelərini əlində saxlamaq imkanlarını təhdid edir.
Bu fikirlər Amerikanın “The Wall Street Journal” qəzetində dərc olunan məqalədəndir.

Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqladı
Müəllif yazıb ki, yaxın bir neçə ayda ABŞ-dən gələn artilleriya tam şəkildə tükənəcək: "Respublikaçılar çətin ki, Kiyev üçün yeni yardım paketini təsdiqləsinlər. Avropa bu boşluğu doldurmağa çalışsa da, onlar mərmi çatışmazlığını aradan qaldırmaq üçün kifayət qədər sursat istehsalına malik deyillər".

Məhz bu səbəbdən ukraynalılar atəş aktivliyini azaltmaq məcburiyyətində olacaqlar ki, bu da Ukrayna üçün cəbhə xəttində ciddi problemlər yaradacaq.

Bundan əvvəl hərbi ekspert Andrey Maroçko bəyan etmişdi ki, Ukrayna Silahlı Qüvvələri ATACMS raketlərindən Rusiya ərazisini daha az vurmağa başlayıb. Bunun səbəbi raketlərin çatışmazlığıdır.

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ukrayna   Tramp   Silah  





Xəbər lenti