Vens: “Ukrayna qalib gələ bilməyəcək”

      Vens:    “Ukrayna qalib gələ bilməyəcək”
  29 Aprel 2025    Oxunub:313
ABŞ-nin vitse-prezidenti Cey Di Vens qarşıdakı illərdə döyüşlər davam edəcəyi halda, Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gələ bilməyəcəyini söyləyib.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Çarli Kirkin podkastında, həmçinin ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən son görüşü müzakirə edərkən belə deyib.

Cey Di Vensin fikrincə, Kiyevin daha bir neçə il dayanıb öz ərazilərini geri qaytara biləcəyi ilə bağlı fikirləri “meynstrim media” tərəfindən yayılır. Ancaq bu, heç də yaşadığımız reallıq deyil.
ABŞ-nin vitse-prezidenti, həmçinin, uzun sürən müharibə vəziyyətində Rusiya tərəfindən nüvə eskalasiyası ssenarisinin tamamilə mümkün olduğunu düşünür.

Zelenski: "Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir"
“Buna son qoyulmalıdır. Prezident administrasiyası sülhə nail olmaq üçün əlindən gələni edir və şəxsən mən prezidentin tapşırığına əsasən, bunun üzərində fəal işləyirəm”, - Cey Di Vens vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynada sülh üzrə Tramp administrasiyasının təqdim etdiyi planın detalları ilə bağlı mətbuatda xəbərlər yayımlaıb. Həmin plan Kiyevin əhəmiyyətli dərəcədə de-fakto ərazi itkilərinə razılaşmasını, Krım yarımadasının isə hətta de-yure Rusiyanın ərazisi kimi tanımasını nəzərdə tutur. Lakin rəsmi Kiyev belə şərtlərə heç vaxt razılaşmayacağını bəya edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   Ukrayna   müharibə  





Xəbər lenti