“ABŞ ilə əvvəlki münasibətlər bitdi” - Ottava

   “ABŞ ilə əvvəlki münasibətlər bitdi”    - Ottava
  29 Aprel 2025    Oxunub:282
“Liberal” Partiyasının ümumi seçkilərdə qalib gəlməsindən sonra Kanadanın baş naziri Mark Karni Ottavada ilk bəyanatını səsləndirib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Mark Karni çıxışında prezident Donald Trampın “51-ci ştat” haqqında açıqlamalarından və başlatdığı tarif müharibəsindən sonra Kanada ilə ABŞ arasında pisləşən münasibətlərə toxunub.

“Bizim Birləşmiş Ştatlarla davamlı olaraq dərinləşən inteqrasiyaya əsaslanan köhnə münasibətlərimiz sona çatdı. Kanadanın İkinci Dünya müharibəsindən bəri əsas götürdüyü, mükəmməl olmasa da, onilliklər ərzində ölkəmizin rifahının təminatına kömək edən ABŞ-də mərkəzləşmiş açıq qlobal ticarət sistemi bitdi”, - Kanada hökumətinin başçısı vurğulayıb.

Kanada Trampa cavab verir
Mövcud vəziyyəti “faciə” adlandıran Mark Karni, bunun kanadalılar üçün yeni reallıq olduğunu bildirib. Onun sözlərinə görə, qarşıdan gələn aylar çətin olacaq və qurbanlar tələb edəcək.

Xatırladaq ki, bundan əvvəl Vaşinqtonun Kanada mallarına tətbiq etdiyi tariflərə cavab olaraq, Mark Karni aprelin 9-dan ABŞ-dən Kanadaya gələn avtomobillərə 25% rüsum qoyulacağı barədə “X” sosial şəbəkəsində paylaşım etmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Kanada   münasibətlər  





Xəbər lenti