Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi ilə bağlı dəstəyini əsirgəməyib

      Əli Nağıyev:    Azərbaycan Əfqanıstanın sabitliyi ilə bağlı dəstəyini əsirgəməyib
  29 Aprel 2025    Oxunub:345
Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.
AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib: "Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir".

AzVision.az



Teqlər:





Xəbər lenti