Prezident: "Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir"

      Prezident:    "Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir"
  28 Aprel 2025    Oxunub:404
Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik.
AzVision.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib.

“Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”, - dövlət başçısı qeyd edib.

AzVision.az





Teqlər:





Xəbər lenti