28 aprel 2025-ci il tarixində Qazax rayonunda fəaliyyət göstərən Səyyar ASAN xidmət çərçivəsində Aşağı Əskipara və Xeyrımlı kəndinin sakinlərinə xidmət göstərilib.
Belə ki, Qazaxbəyli kəndində məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar.
Sözügedən təşəbbüs Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşib.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
AzVision.az