Dünya aktiv şəkildə silahlanır

   Dünya aktiv şəkildə silahlanır
  28 Aprel 2025    Oxunub:382
2024-cü ildə qlobal hərbi xərclər 2023-cü illə müqayisədə 9,4% artaraq 2,718 trilyon dollara çatıb ki, bu da “soyuq müharibə”dən sonra ən yüksək göstəricidir.
AzVision.az Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən xəbər verir ki, dünyanın bütün regionlarında, xüsusən də Avropa və Yaxın Şərqdə hərbi büdcələr artıb.

Beş ölkə - ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan - bütün xərclərin 60%-ni təşkil edərək silahlanmaya 1,635 trilyon dollar vəsait xərcləyib. Ötən il 100-dən çox ölkə hərbi xərcləri artırıb və hərbi xərclərin qlobal ÜDM-də payı 2,5%-ə çatıb.

“Hərbi xərclərin artması büdcənin digər sahələrinin hesabına baş verir ki, bu da gələcək illər üçün cəmiyyətlərə təsir edə bilər”, - SIPRI-nin tədqiqatçısı Ksyao Lyan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: dünya   silahlanma  





Xəbər lenti