Makron Kremlə təzyiqi artırmağı vəd edib

   Makron Kremlə təzyiqi artırmağı vəd edib
  29 Aprel 2025    Oxunub:360
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukraynanın Qərb müttəfiqləri Moskvanı atəşkəsə sövq etmək üçün yaxın günlərdə Rusiyaya təzyiqi artırmağı planlaşdırırlar.
AzVision.az xəbər verir ki, Makron “Paris Match” nəşrinə müsahibəsində tərəflərin indi həmişəkindən daha çox atəşkəsə yaxınlaşdığına ümid etdiyini, lakin “tənliyin bir hissəsi” Moskvadan asılı olduğu üçün “ehtiyatlı davranmaq” zərurətini vurğulayıb.

“Yaxın səkkiz-on gün ərzində biz Kremlə təzyiqləri artıracağıq. Təzyiqlərin yalnız Ukraynaya yönəldilməsi düzgün deyil”, - Fransa prezidenti iddia edib.

Bununla belə, o, Moskvaya “artan təzyiq”in konkret nədən ibarət olacağını açıqlamayıb.
Böyük ehtimalla, Makronun həm özü, həm də onun “istəklilər koalisiyası”ndan olan tərfədaşları Moskvaya artıralacaq təzyiqlərijn mündəricatı ilə bağlı aydın təsəvvürə malik deyillər. Çünki Avropanın Rusiyaya iqtisadi-siyasi təzyiq imknaları, demək olar ki, tam mənada artıq istifadə olunub. Hərbi təzyiq imkanları isə, Vaşinqtonun dəstəyi olmadan Moskvaya ciddi təsir göstərməyəcək.

Şəxsən Makronun özünə gədlikdə isə, çoxdan onu saya almayan Kreml Fransa prezidentinin “təhdid”lərini daha çox zəhlətökən milçəyin vızıltısı kimi qiymətləndirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Makron   Rusiya   "təzyiq"  





Xəbər lenti