Gürcüstan işıqsız qaldı , səbəb bilinmir
Bildirilir ki, Tbilisi şəhərində nasos stansiyalarının fəaliyyəti dayanıb.
İlkin məlumatlara əsasən, paytaxtın bəzi rayonlarında elektrik enerjisinin verilişi artıq bərpa edilib. Elektrik təchizatının mərhələli şəkildə bərpa olunacağı, prosesin tam başa çatmasının isə təxminən üç saat çəkə biləcəyi bildirilir.
Hadisənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, əvvəlki gün baş vermiş analoji kəsintinin Gürcüstan–Türkiyə yüksək gərginlikli ötürücü xəttindəki qəza ilə əlaqəli olduğu açıqlanmışdı . Bugünkü kəsintinin səbəbi isə hələlik rəsmən təsdiqlənməyib.
Məhəmmədəli Həsənli
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


