ASAN AI Hub bir neçə xarici şirkətlə əməkdaşlıq edəcək

ASAN AI Hub bir neçə xarici şirkətlə əməkdaşlıq edəcək
  02 Dekabr 2025    Oxunub:367
ASAN Süni İntellekt platforması (ASAN AI Hub) ilə "Apolitical", "Breakthrough Social Enterprise" və "GenAI Works" arasında anlaşma memorandumları imzalanıb.
AzVision.az xəbər verir ki, mərasim ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) təqdimatı zamanı baş tutub.



Sənədləri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "ASAN xidmət"in İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov ilə həmin şirkətlərin təmsilçiləri imzalayıblar. Bildirilib ki, bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək.





AzVision.az



Teqlər:



Xəbər lenti