Ülvi Mehdiyev: "Azərbaycan dövləti süni intellekt sahəsində aparıcı ölkələrdən biridir"
Onun sözlərinə görə, beynəlxalq şirkətlərin, biznes dünyasının 70 faizə yaxın hissəsi ən azı bir süni intellekt həllini özünün biznes prosesində istifadə edir: "Azərbaycan da yeni çağırışlara cavab verməkdə heç də geri qalmır. Bu ilin martında Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul olunub. Strategiyada hər bir dövlət orqanı üçün süni intellektin inkişafı ilə bağlı çox ciddi tapşırıqlar müəyyən olunub.
Bu, onu deməyə əsas verir ki, Azərbaycan dövləti bu sahədə aparıcı ölkələrdən biridir və süni intellektin bütün sahələrdə tətbiqində iradə göstərir. Ötən il "ASAN xidmət"də süni intellekt həllərinin tətbiqi ilə bağlı 2024-2026-cı illər strategiyası qəbul etdik. Bu gün üçün artıq "ASAN xidmət"in fəaliyyətinin müxtəlif istiqamətlərində tətbiq edirik və onun uğurlu nəticələrini görürük", - deyə Ü.Mehdiyev bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


