Agentlik Regional Su Meliorasiya Xidmətinə icrası məcburi göstəriş verib
İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.
Bu xüsusda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-ə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.
Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik (AİBNDA) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri tədbirləri görməyə davam edəcəkdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


