Süni intellektin etik və məsuliyyətli istifadəsi üçün hüquqi baza hazırlanır
"Süni intellektdən etik dəyərlər çərçivəsində və məsuliyyətli şəkildə istifadəni təmin etmək üçün normativ hüquqi baza hazırlanır. Bu hüquqi tənzimləmələr, insan hüquqlarına və məlumatların məxfiliyinə xüsusi diqqət yetirərək, süni intellektdən istifadə proseslərini optimallaşdıracaq. Burada xüsusilə qeyd etmək lazımdır ki, hüquqi çərçivənin məqsədi süni intellektin inkişafını məhdudlaşdırmaq deyil, əksinə, onun əsasında ölkədə rəqəmsallaşmanı hərtərəfli dəstəkləməkdir".
O vurğulayıb ki, cari ildə ölkəmizdə süni intellekt sahəsində ilk dövlət standartlarının qəbuluna başlanılıb: "Yeni standartlar, süni intellekt texnologiyalarının tətbiqində risklərin idarə olunmasını, etik prinsiplərə riayət edilməsini və şəffaflığın təmin edilməsini nəzərdə tutur. Həmçinin, süni intellekt sistemlərinin qurulması, tətbiqi, saxlanması və davamlı təkmilləşdirilməsi ilə bağlı ən müasir alqoritmləri və yanaşmaları əhatə edir", - deyə nazir müavini əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


