Milli Qəhrəmanın anası Prezidentə məktub göndərib

 Milli Qəhrəmanın anası Prezidentə məktub göndərib
  26 Noyabr 2025    Oxunub:851
Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə məktubu göndərərək, oğluna "Milli Qəhrəman" adı verilməsinə görə dövlət başçısına öz minnətdarlığını bildirib.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Doqquz il intizarla gözlədiyimiz şərəfə - oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin. Sizə uzun ömür, can sağlığı arzu edirik”.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı ildə Aprel döyüşlərində şəhid olub. Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə müvafiq sərəncam imzalayıb.

AzVision.az


Teqlər: Milli-Qəhrəman   Prezident   məktub  



Xəbər lenti