Burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda təsərrüfatın kollektivi ilə xatirə foto şəkilləri çəkdirilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


