Axtarışda olan 228 nəfər saxlanılıb

Axtarışda olan 228 nəfər saxlanılıb
  22 Noyabr 2025    Oxunub:1010
Azərbaycanda noyabrın 21 axtarışda olan 228 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 21-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olan 228, o cümlədən borclu şəxs qismində axtarışda olan 190 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti