"Media Mükəmməllik Mərkəzinin yaradılması D-8 ölkələrinin əməkdaşlığını gücləndirəcək"
“Düşünürük ki, gələcəkdə də belə media forumlarının keçirilməsi Azərbaycanın və həmin ölkələrin media subyektləri arasında əlaqələrin inkişaf etdirilməsinə dəstək olacaq. Hazırkı müzakirələr onu göstərir ki, bütün dövlətlər məhz belə bir media forumunun keçirilməsini dəstəkləyir və bunun illik əsasda olması üçün müvafiq bəyanatla çıxış edəcəklər”, - deyə Əhməd İsmayılov diqqətə çatdırıb.
O əlavə edib ki, Media Mükəmməllik Mərkəzi Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb. "Mərkəzin yaradılmasında məqsəd D-8 ölkələrindəki media subyektləri əməkdaşlarının arasındakı əlaqələrin genişləndirilməsi, həmin media subyektləri tərəfindən dezinformasiya və saxta xəbərlərlə mübarizə aparılması, eyni zamanda, media sahəsində ixtisasartırma, xəbərlərin hazırlanması prosesinin təşkili və layihələrin həyata keçirilməsidir”, - deyə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


