Çin İrandan gizli neft almağın yolunu tapıb – WSJ

Çin İrandan gizli neft almağın yolunu tapıb –    WSJ
  04 Noyabr 2025    Oxunub:2674
Çin ABŞ-nin sanksiyalarından yan keçməklə, İrandan neft almaqda davam etməyin yolunu tapıb. The Wall Street Journal bununla bağlı Çin ilə İranın arasında gizli razılaşmanın olduğunu yazır. Razılaşmaya görə, Çinin şirkətləri İrandan neft almağın əvəzində orada infrastruktur layihələri həyata keçirirlər.
Barter əməliyyatları beynəlxalq bank sistemlərindən yan keçməyə imkan verən gizli maliyyə sxeminin sayəsində mümkün olub. Bu kanalların vasitəsilə Çin İranda həyata keçirilən iri layihələrə $8,4 milyard vəsait ayırıb.

Rəsmi Pekin ABŞ-nin qoyduğu birtərəfli sanksiyalara qarşı çıxdığını dəfələrlə bəyan edib. Çin rəhbərliyinin fikrincə, beynəlxalq əməkdaşlıq bu cür qadağalarla məhdudlaşdırılmamaldır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Çin   İran  



Xəbər lenti