Belarusda “VKontakte” bloklandı

Belarusda “VKontakte” bloklandı
  24 Oktyabr 2025    Oxunub:561
Belarusda “VKontakte” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

AzVision.az xəbər verir ki, bu qərar ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) təqdimatı əsasında qəbul edilib. Məlumatı dövlət media holdinqi “Belteleradiokompaniya” yayıb.



Qurum paylaşımına “məhdudlaşdırılmış resurslar siyahısı”nın ekran görüntüsünü də əlavə edib. Siyahıda “vk.com” domeninin 24 oktyabr 2025-ci il tarixindən etibarən bloklandığı qeyd olunur.

Məhdudiyyətin müddəti barədə hələlik rəsmi açıqlama verilməyib.

AzVision.az



Teqlər:



Xəbər lenti