Aİ etil spirtini yasaqlaya bilər
Qəzet yazır ki, oktyabrın 10-da ECHA-da fəaliyyət göstərən işçi qruplarından biri etil spirtinin "həm xərçəng xəstəliyi riskini, həm də hamiləlik əsnasında ağırlaşma riskini artıran zəhərli maddə" adlandırılması barədə ilkin tövsiyə irəli sürüb. Agentliyin Aktiv Biosidal Maddələr Komitəsinin 24-27 noyabr aralığında keçiriləcək iclasında bu məsələyə baxılacaq, etil spirtinin "insanlar üçün təhlükəli maddə" kateqoriyasına salınıb-salınmayacağı ilə əlaqədar qərar veriləcək. Yekun qərar isə növbəti mərhələdə Avropa Komissiyası tərəfindən çıxarılacaq.
Spirt (alkoqol) əsaslı dezinfeksiya maddələri hazırda Avropa İttifaqında (Aİ) təhlükəsiz sayılır. Bu maddə, eyni zamanda, 1990-cı illərdən bəri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Əsas dərmanlar siyahısı"na salınıb.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


