DQİDK sədri vətəndaşlarla görüşəcək

DQİDK sədri vətəndaşlarla görüşəcək
  26 Noyabr 2025    Oxunub:872
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İmişlidə vətəndaş qəbulu keçirəcək.
Komitədən AzVision.az -a verilən məlumata əsasən, qəbul dekabrın 2-si saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi, 2) keçiriləcək. Qəbulda Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar komitənin Mil-Muğan regional bölməsinə (050) 562 72 32, (021) 246 62 99, [email protected], [email protected]) müraciət edə bilərlər.

AzVision.az


Teqlər: DQİDK  



Xəbər lenti