Netanyahu: "Rəfah" bağlı qalacaq"

  Netanyahu:    "Rəfah" bağlı qalacaq"
  18 Oktyabr 2025    Oxunub:1277
Misir-Qəzza zolağı sərhəddindəki "Rəfah" buraxılış məntəqəsi “növbəti xəbərdarlığa qədər” bağlı qalacaq.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, onun açılması məsələsinə HƏMAS-ın ölən girovların qalıqlarının qaytarılması ilə bağlı razılaşmanın müddəalarını yerinə yetirməsindən sonra baxılacaq.

"Baş nazir Netanyahu bildirib ki, "Rəfah" nəzarət-buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər açılmayacaq. Onun yenidən açılması HƏMAS-ın ölən girovların qaytarılmasında üzərinə düşən vəzifəni yerinə yetirməsi və razılaşdırılmış planı həyata keçirməsindən asılı olacaq", - deyə baş nazirin mətbuat xidməti qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti