“Əvvəla, ondan başlayaq ki, mən EAK-a hücum etmirəm. Qeyd etmək istəyirəm ki, kilsə sənədlərinin heç bir yerində katolikos vəzifəsini tutan şəxslə kilsənin eyni olduğu yazılmayıb. Heç bir yerdə yazılmayıb ki, yepiskopla kilsə eyni anlayışdır”, - Ermənistanın baş naziri keçirdiyi brifinqdə deyib.
|
| Ermənistanda kilsə xadimi həbs olunub |
- Bundan sonra kilsə dağıldımı? Xeyr, dağılmadı”, - Paşinyan vurğulayıb.
O, həmçinin Ermənistanda yepiskopların cinayət məsuliyyətinə cəlb və illərlə azadlıqdan məhrum edilməsi hallarının olduğunu da diqqətə çatdırıb.
Xatırladaq ki, oktyabrın 15-də Ermənistanda Saqmosavank monastırının abbatı Paren Arakelyan və AEK-ın Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan saxlanılıb.
Yeri gəlmişkən, Nikol Paşiyan sözügedən brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən və onların nəticələrindən məmnun qaldığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


