ABC: "Qəzzanın bərpası üzrə mərkəz açılır"

      ABC:    "Qəzzanın bərpası üzrə mərkəz açılır"
  16 Oktyabr 2025    Oxunub:994
"Qəzza zolağının bərpası və atəşkəsə nəzarət üzrə ABŞ-nin rəhbərliyində koordinasiya mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq".
ABŞ-nin "ABC News" telekanalı öz mənbələrinə istinadən bildirib ki, sözügedən mərkəzin dəqiq mövqeyi açıqlanmasa da, zolağın şimal-şərqində, İsrail ərazisində qurulacağı diqqətə çatdırılır. Hər halda, mənbələrin verdikləri məlumata əsasən, Qəzzanın bərpasına qoşulan bütün ölkələrin əlçatanlığı üçün bu mərkəz İsrailə məxsus hərbi bazada yerləşməyəcək.

Eyni zamanda, vurğulanıb ki, mərkəz amerikalı general-leytenantın rəhbərliyində fəaliyyət göstərəcək.
Qəzzanın bərpası üçün lazımi məbləğ açıqlanıb

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp xəbəri şəxsən bölüşüb. Ötən günlərdə isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, hadisə ilə əlaqədar Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Qəzza   bərpa   mərkəz  



Xəbər lenti