ABŞ-nin hökumət saytları ələ keçirilib

   ABŞ-nin hökumət saytları ələ keçirilib
  16 Oktyabr 2025    Oxunub:742
"ABŞ-nin "F5" şirkətinin proqram təminatında boşluq səbəbindən adı açıqlanmayan xarici dövlətlə əlaqəli hakerlər ölkənin federal dövlət təşkilatlarının şəbəkələrinə giriblər".
Bu barədə ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizlik Agentliyinin (CISA) mətbuat xidməti məlumat yayıb. Agentliyin icraçı direktoru Madu Qottumukkalanın sözlərinə görə, texniki boşluq hakerlərin saytlara "çox asanlıqla girməsinə" imkan yaradıb. Belə ki, hakerlər vacib proqram təminatçısı sayılan "F5"in daxili sistemini sındıraraq, şirkətin məxfi məlumat kitabxanasına, o cümlədən şəxsi məlumatlara və təhlükəsizlik açarlarına əhatəli giriş yolu tapıblar.

"Bütün federal təşkilatlar təcili surətdə hərəkətə keçməlidirlər. Çünki adıçəkilən proqram təminatını işlədən hər bir təşkilat təhlükə altındadır. Bu, fəlakətli nəticələrə – kritik informasiya sistemlərinin sındırılmasına gətirib çıxara bilər", – direktor söyləyib.

Hazırda CISA hökumət təşkilatlarını oktyabrın 22-dək texniki boşluqları aradan qaldırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   hökumət   sayt   kiberhücum  



Xəbər lenti