“Bəşər Əsəd saatlarla kompüter oyunu oynayır”
// “Di Zeit” keçmiş diktatorun yaşadığı binada olub
“Die Zeit” əməkdaşının sözlərinə görə, Əsədin yaşadığı apartamentlər qızılı interyer, büllur çılçıraqlar, bahalı mebellə bəzədilib. Vanna otaqları mərmərlə yığılıb. 67-ci mərtəbədəki mənzilinin pəncərələri Moskva çayına baxır.
Eyni binada digər tanınmış şəxslər, yüksək vəzifəli məmurlar, xarici diplomatlar, siyasətçilər də yaşayırlar.
Qəzetin yazdığına görə, Əsəd ailəsinin vəziyyətinə şəxsən Rusiya prezidenti Vladimir Putin nəzarət edir.
Tariyel Həsənov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


