Vida mərasimindən sonra Rəşadət Piriyev Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb.
Rəşadət Piriyev 1973-cü ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən R.Piriyev 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Bağırlı və Yanşaq kəndlərinin ərazisində Qızılqaya yüksəkliyində itkin düşmüşdü. Onun şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən olunub.







Vaxtında, Aydın, Lazımlı!


