Zori Balayan gorbagor oldu
Bundan başqa, Z.Balayan “Miatsum” “hərəkatı”nın liderlərindən biri olub. O, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan ərazilərində qondarma rejimin yaradılmasında və silahlı birləşmələrin fəaliyyətinin koordinasiyasında yaxından iştirak edib.
Z.Balayan həm də 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımının birbaşa təşkilatçılarından və icraçılarından biri olub.
1994-cü il iyulun 3-də Bakı metrosunda - metronun “Gənclik” və “28 May” stansiyaları arasında baş vermiş terrorun sifarişçisi olub. Partlayış nəticəsində 12 nəfər həlak olur, 42 nəfər isə yaralanıb. Sonradan məhkəmədə terror hadisəsini törətmək barədə göstərişin Z.Balayan tərəfindən verildiyi məlum olub.
Teqlər: Zori-Balayan







Vaxtında, Aydın, Lazımlı!


