“Yaddaş sarayları” SEEfest-də nümayiş olunacaq
Rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfov olan film “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal edilib.
“Yaddaş sarayları” rejissorun ilk xatirəsinin izinə düşməsi haqqındadır. Uşaqlığının izlərini axtararaq doğulub-böyüdüyü şəhərin küçələrini gəzən rejissor bir yaşında olarkən vəfat etmiş atası və nənəsi ilə bağlı xatırladığı hadisənin həqiqətən baş verib-vermədiyini sorğulamağa başlayır.
“Yaddaş sarayları”nın SEEfest-ə seçilməsi Azərbaycan sənədli kinosunun beynəlxalq arenadakı uğurlarının bariz nümunəsidir.
Teqlər: Kino







Vaxtında, Aydın, Lazımlı!


