
Hah Taew (beş sətir) – sol çiyində yerləşir. Qədim dualardan ibarət beş misradan ibarətdir. Qorunma, neqativdən təmizlənmə, uğur və cazibəni simvolizə edir.
Kraw Petch (brilyant zireh) – sağ çiynindədir. Şəbəkə formasında olub Buddanın fəzilətlərini ifadə edir və sahibini təhlükələrdən qoruyan “zireh” kimi qəbul edilir.

Böyük pələng (Bengal Tiger) – belinin aşağı hissəsində yerləşir. Güc, hakimiyyət və arxadan vurulan zərbələrdən qorunmanı simvolizə edir.
Yant Phutson (beş Budda) – belinin yuxarı mərkəzindədir. Mərhəmət, sevgi, uğur və cazibə gətirdiyinə inanılır.

Xüsusi dizayn (Yant ViHan Pha Chad Sada) – belinin ortasında yerləşir və xüsusi olaraq aktrisa üçün hazırlanıb. Bu kompozisiya onun mənəvi yolunu, kainatın elementlərini və ruhun canlanmasını simvolizə edir.
Qeyd edək ki, sak yant ənənəsi Cənub-Şərqi Asiyada geniş yayılıb və dini-mistik məzmunu ilə seçilir.

Röya Əliyeva
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


