Tramp Yaponiyanı itirdi – Ekspert

Tramp Yaponiyanı itirdi –  Ekspert
  24 Mart 2026    Oxunub:2570
Amerikalı iş adamı ilə danışma tərzi və yanaşmalarını alman və ya yapon iş adamı ilə danışıqlar zamanı tətbiq etmək olmaz. Əks effekt verər. Tramp Yaponiyanın Baş Nazirini qəbul edərkən həmin səhvləri buraxdı.
Ekspert Elman Sadıqov deyir ki, yaponlar üçün həm şəxsi, həm də biznes həyatında prioritet məsələlərdən biri sadəlik, digəri isə qürurdur. Qürur məsələsində yaponlar çox həssasdırlar. Yapon Baş Nazirinin təvazökar və kübar davranışlarının qarşılığında “mənəm-mənəmlik” etmək böyük ciddi səhv idi. Bununla da Tramp Yaponiyanı itirdi. Dövlət olaraq ABŞ yox, prezident olaraq Tramp.
“Qənaətlə varlanmaq olmaz” – Ekspert

“Tramp biznesmendir, iqtisadçı deyil. Böyük fərq var. Əlavə edim ki, Tramp qismən siyasətçidir, lakin diplomat deyil. Əsl diplomat ilə iqtisadi düşüncə tərzinə sahib olan əsl iqtisadçını birləşdirən ortaq cəhət var: hər ikisi hadisəyə müxtəlif prizmalardan və maraq dairələrini nəzərə alaraq baxırlar. Hər ikisi təkcə qazan/qazan (win/win) yanaşmasını sərgiləmirlər. Onlar qazan/qazan/qazan/qazan (win/win/win/win) yanaşmasının tətbiqi üçün bütün tərəflər üçün məqbul olan ortaq nöqtəni axtarıb tapmağa çalışırlar”,- ekspert qeyd edib.





Teqlər: Ekspert   Tramp   Yaponiya  



Xəbər lenti