Fransanın keçmiş baş naziri vəfat edib

Fransanın keçmiş baş naziri vəfat edib
  23 Mart 2026    Oxunub:2118
Fransanın sabiq Baş naziri Lionel Jospin 88 yaşında vəfat edib.
AzVision.az xarici KİV-ə istinadən verdiyi məlumata görə , siyasətçi bazar günü dünyasını dəyişib. Bu barədə onun ailəsi məlumat yayıb.

1997–2002-ci illərdə Fransa hökumətinə rəhbərlik etmiş Jospinin yanvar ayında ağır cərrahiyyə əməliyyatı keçirdiyi bildirilsə də, ölüm səbəbi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Fransa Prezidenti Emmanuel Macron sosial şəbəkədə paylaşımında Jospini ölkənin siyasi həyatında mühüm rol oynamış şəxsiyyət kimi qiymətləndirib:

“Lionel Jospin Fransa siyasətində nəhəng fiqur idi: François Mitterrand dövründə Sosialist Partiyasının birinci katibi, təhsil naziri, baş nazir və Konstitusiya Şurasının üzvü olub”.

Qeyd edək ki, Jospin 2002-ci ildə Fransa prezidentliyinə namizəd olub və ölkənin sol siyasi düşərgəsinin aparıcı simalarından biri kimi tanınıb.

Röya Əliyeva


Teqlər:



Xəbər lenti