Pentaqon əməliyyatların davamı üçün 200 milyard dollar tələb edir

Pentaqon əməliyyatların davamı üçün 200 milyard dollar tələb edir
  19 Mart 2026    Oxunub:2087
ABŞ hərbçiləri Ağ Evdən Konqresə İrana qarşı əməliyyatların davam etdirilməsi üçün 200 milyard dollardan çox vəsaitin ayrılmasını xahiş edib.
Məlumatı The Washington Post Pentaqon daxilindəki mənbələrə istinadla yayıb.

Nəşr bildirir ki, vəsaitin bir hissəsi əməliyyatlar zamanı tükənmiş əsas silah ehtiyatlarının dərhal bərpasına yönəldiləcək.

Ağ Ev əməkdaşlarından bəziləri hesab edirlər ki, 200 milyard dolların ayrılması real görünmür və belə bir sorğu Konqresdə geniş siyasi müzakirələrə səbəb ola bilər.

Məlumata görə, qanunverici orqan 2025-ci ilin dekabrına qədər Ukraynaya ümumilikdə 188 milyard dollar yardım ayırıb.

Bundan əvvəl Financial Times qəzeti xəbər vermişdi ki, İrana qarşı əməliyyatların ilk altı günündə Pentaqon 11 milyard dollardan çox döyüş sursatı sərf edib. Ekspertlər bildirirlər ki, olduqca vacib raket ehtiyatlarının tam bərpası illər tələb edə bilər.

M. Həsənli
AzVision.az



Teqlər: Pentaqon   ABŞ   Müharibə  



Xəbər lenti