İranın kəşfiyyat nazirinin öldürüldüyü təsdiqləndi

İranın kəşfiyyat nazirinin öldürüldüyü təsdiqləndi
  18 Mart 2026    Oxunub:1978
İran Prezidenti Məsud Pezeşkian ölkənin kəşfiyyat naziri İsmayıl Xətibin öldürüldüyünü təsdiqləyib.
Dövlət başçısı sosial şəbəkə hesabında bildirib ki, İsrailin zərbələri nəticəsində Xətib, həmçinin Əli Laricani və müdafiə naziri Əziz Nəsirzadə, eləcə də onların ailə üzvləri və onları müşayiət edən bəzi rəsmilər həlak olub.

Pezeşkian hadisəni pisləyərək bunun İranı dərin kədərə qərq etdiyini vurğulayıb.

O əlavə edib ki, hökumətin iki üzvünün, Ali Milli Təhlükəsizlik Şurası rəhbərliyinin, hərbi komandanların və Bəsic qüvvələri komandirlərinin həlak olması ilə bağlı İran xalqına başsağlığı verir.

İran prezidenti qeyd edib ki, həlak olanların yolu davam etdiriləcək və ölkə bu itkilərə baxmayaraq daha da güclənəcək.



Teqlər:



Xəbər lenti