Trampın Çinə səfəri təxirə salınıb

Trampın Çinə səfəri təxirə salınıb
  18 Mart 2026    Oxunub:1927
ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan dövlət səfəri təxirə salınıb.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfərin təxirə salınması qarşılıqlı razılıq əsasında baş verib və tərəflər hazırda yeni tarixlərin müəyyənləşdirilməsi üzərində işləyir.

“Onlarla işləyirik, səfərin təxirə salınmasına razılıq veriblər. Düşünürəm ki, prezidentin bu addım üçün arqumentlərini başa düşürlər. Yeni tarixləri müəyyən etməyə çalışırıq”, – deyə Levitt qeyd edib.

Ağ Ev rəsmisi əlavə edib ki, səfərin təxirə salınması Prezident Trampın may ayı üzrə sıx iş qrafiki, həmçinin Çin Xalq Respublikasının Sədri Si Cinpinin planının dolu olması ilə bağlıdır.



Teqlər:



Xəbər lenti