"Jurnalistika həqiqətin kompasıdır" - Ərdoğan
- Jurnalistlər, ehtiyac yaranarsa, tənqid etmək, suallar vermək və prosesləri stimullaşdırmaq yolu ilə ictimai rəyin formalaşmasına mühüm töhfə verirlər,- dövlət başçısı bildirib.
Türkiyə lideri güclü cəmiyyətin mövcudluğunun yalnız sağlam informasiya axını ilə mümkün olacağını vurğulayıb: “Biz informasiyanın hazırlanması və yayılmasının görünməmiş dərəcədə sürətli tempə çatdığı bir dövrdə yaşayırıq. Təəssüf ki, bu sürət həm də yalan, qərəzli və zərərli məzmunun yayılmasına zəmin yaradır və faktların yoxlanılması mexanizmlərinə mane olur”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Həqiqət və şayiə, reallıq və qavrayış arasındakı sərhədlərin getdikcə daha çox bulanıqlaşdığı bir media mühitində jurnalistika vətəndaşlar üçün həqiqət kompası rolunu oynayır. Buna görə də həqiqəti axtaran jurnalistlərin daşıdığı yük son dərəcə vacib və kritikdir”.







Vaxtında, Aydın, Lazımlı!


