Türkiyə Çanaqqala qəhrəmanlarını anır
Çanaqqala döyüşünün dəniz hissəsində qələbənin 111-ci ildönümündə Prezident Rəcəb Tayyib Ərdoğan həmvətənlərinə müraciət edib. Türkiyə lideri Çanaqqala döyüşünü bütün xalqın milli ruhunun möhkəmliyini dünyaya nümayiş etdirən “dastan” adlandırıb. Prezident Ərdoğanın müraciətində deyilir: “Çanaqqala sadəcə hər hansı növbəti döyüş deyil, həm də qətiyyət, fədakarlıq, Vətənə sevgi və milli kimliyin gücünün sinonimidir”.
Türkiyənin milli müdafiə naziri Yaşar Güler də Çanaqqala döyüşünün dəniz hissəsində qələbənin 111-ci ildönümü ilə bağlı bəyanat yayıb. “Çanaqqalada dəniz və quru döyüşləri, gənclik illərini və xəyallarını Vətən naminə tərəddüd etmədən qurban verən minlərlə Türkiyə vətəndaşının qəhrəmanlığını nümayiş etdirir. Çanaqqala döyüşü cəsarət və fədakarlığın parlaq nümunəsidir. Şəhidlər və qazilər təkcə keçmişin qəhrəmanları deyil, həm də gələcək nəsil vətəndaşlara gələcəyə “yol göstərirlər”, - deyə türkiyəli nazir vurğulayıb.
Çanaqqalada hərbi əməliyyatlar həm quruda, həm də dənizdə baş verib. Dəniz döyüşləri 1915-ci il fevralın 19-dan martın 18-dək, quru qarşıdurması isə həmin il aprelin 25-dən 1916-cı il yanvarın 9-dək davam edib.
Hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyan bu cəng Türkiyə tarixində ən qanlı döyüşlərdən biri hesab olunur.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


