Laricaninin başına 10 milyon qoyulmuşdu, biz bunu pulsuz etdik - İsrail XİN

Laricaninin başına 10 milyon qoyulmuşdu, biz bunu pulsuz etdik - İsrail XİN
  17 Mart 2026    Oxunub:1523
Əli Laricaninin başına 10 ilyon dollarlıq mükafat qoyulmuşdu, biz bunu pulsuz etdik.
Bunu İsrailin xarici işlər naziri Gideon Saar Qüdsdə estoniyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

İran və Livana yönəlmiş hücumlarla bağlı danışan israilli XİN rəhbəri aşağıdakı ifadələri səsləndirib:

“Laricanini, Bəsic rəhbəri və onun müavinini zərərsizləşdirdik və iranlılar onlarsız daha təhlükəsiz olacaqlar. Əli Laricaninin başına 10 milyon dollarlıq mükafat qoyulmuşdu; biz bunu pulsuz etdik”, -deyə o bildirib.

Saarın sözlərinə görə, İranda rejim zəiflədilməlidir ki, xalq onu devirə bilsin. “İran rejimi əhəmiyyətli dərəcədə zəifləyib və bugünkü İran 3 həftə əvvəlki ilə eyni deyil”,-deyə o bildirib.


Teqlər:



Xəbər lenti