Təsdiqləndi: Laricani öldürülüb

 Təsdiqləndi:  Laricani öldürülüb
  17 Mart 2026    Oxunub:2085
İsrail Müdafiə Qüvvələri (IDF) İranın Milli Təhlükəsizlik Şurasının Katibi Əli Laricaninin öldürülməsini təsdiq edən bəyanat yayıb.
Bu barədə “Times of Israel” məlumat yayıb.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və rejimin faktiki lideri zərərsizləşdirilib”,- deyə bəyatanda qeyd olunur.

Bəyanatda bildirilir ki, mərhum Ali Lider Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Laricani “İran terror rejiminin faktiki lideri kimi fəaliyyət göstərib”.

“Fevralın 28-də müharibənin başlanğıc zərbələri zamanı Xameneinin öldürülməsindən sonra Laricani İran terror rejiminin faktiki lideri mövqeyini möhkəmləndirib və İsrail dövləti ilə region ölkələrinə qarşı mübarizəyə rəhbərlik edib. Laricani öz vəzifəsi çərçivəsində İran terror rejiminin siyasi-təhlükəsizlik koordinasiyasına rəhbərlik edib və onun beynəlxalq fəaliyyətinin istiqamətləndirilməsində iştirak edib”,- məlumatda qeyd olunub.


Teqlər:



Xəbər lenti